...

Tovuzda oğurluq edən şəxs tutulub

Hadisə Materials 21 Yanvar 2017 18:16 (UTC +04:00)
Tovuzda oğurluq edən şəxs tutulub
Tovuzda oğurluq edən şəxs tutulub

Bakı. Trend:

Tovuzda oğurluq edən şəxs tutulub.

Trend-in məlumatına görə, Tovuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 19-da Vahidli kəndində Abdullayev Nusrət Şamil oğluna məxsus evdən 1100 manat pul oğurlamaqda şübhəli bilinən kənd sakini Zakir Aşırov tutulub.

Hadisə ilə bağlı Azərbaycan Respublikasının cinayət məcəlləsinin 177-ci maddəsi ilə Tovuz rayon Polis söbəsi tərəfindən cinayət işi açılıb. Oğurluq edənin başqa cinayətdə əli olub olmadığı araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti