...

Şabranda 6 otaqlı ev yanıb, xəsarət alanlar var

Hadisə Materials 22 Yanvar 2017 13:20 (UTC +04:00)
Şabranda yanğın qeydə alınıb.
Şabranda 6 otaqlı ev yanıb, xəsarət alanlar var

Bakı. Trend:

Şabranda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Şabran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 450 m2 olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın tavanı və dam örtüyü 30 m2 sahədə yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmiş vəziyyətdə ev sahibi tərəfindən və digər 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 10:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti