...

Tovuz rayonunda yerli sakin narkotik maddə ilə saxlanılıb

Hadisə Materials 22 Yanvar 2017 22:23 (UTC +04:00)
Tovuz rayonunda yerli sakin narkotik maddə ilə saxlanılıb
Tovuz rayonunda yerli sakin narkotik maddə ilə saxlanılıb

Bakı. Trend:

Tovuz rayonunda yerli sakin narkotik maddə ilə saxlanılıb.

Trend-in məlumatına görə, hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində Yuxarı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş 46 yaşlı İlham Cəfərov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub.

Onun üzərinə baxış zamanı 10,62 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti