...

Bakıda mənzildə yanğın olub, 1nəfər ölüb

Hadisə Materials 23 Yanvar 2017 03:38 (UTC +04:00)
Bakıda yanğın qeydə alınıb
Bakıda mənzildə yanğın olub, 1nəfər ölüb

Bakı. Trend:

Bakıda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 86 m2 olan 4 otaqlı mənzilin 1 otağında 1 ədəd çarpayı və yataq dəsti yanmışdır.

Yanğın nəticəsində 1947-ci təvəllüdlü Gülməmmədov Gülməmməd Feyzulla oğlu yanaraq vəfat etmişdir.

Mənzil yanğından mühafizə olunmuşdur.

Yanğın saat 01:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti