Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bakı şəhər sakini İlham İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Tarif Nəsirov müdafiə çıxışı edib və müvəkkilinə yüngül cəza verilməsini istəyib.
Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İ.İsmayılov 9 il azadlıqdan məhrum edilib.
İttihama görə, İ.İsmayılov Bakı sakini Dilşad Şahbazovanı bağçaya müdir təyin edəcəyinə söz verərək ondan 35 min manat alıb və qaytarmayıb.