...

Binəqədidə qapı-pəncərə sexi yanıb

Hadisə Materials 24 Yanvar 2017 09:47 (UTC +04:00)
Binəqədi rayonunda sexdə yanğın baş verib.
Binəqədidə qapı-pəncərə sexi yanıb

Bakı. Trend:

Binəqədi rayonunda sexdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus həyətyanı sahədə, ümumi sahəsi 80 m² olan plastik qapı-pəncərə sexinin sahəsi 12 m² olan bir otağının yanar konstruksiyaları və yataq dəsti 5 m² sahədə yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti