Bakı. Trend:
Xızı rayonunda ölümlə nəticələnən ağır yol-qəzası baş verib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 23-də saat 22 radələrində Xızı rayonunun Giləzi qəsəbəsində Bakı şəhər sakini Bəhməniyar Məmmədqasımov idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb. Nəticədə onun sərnişinlərindən Elçin adlı şəxs hadisə yerində ölüb, özü və 4 sərnişini xəstəxanaya yerləşdirilib. B.Məmmədqasımov isə xəstəxanada ölüb.
Xızı RPŞ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.