...

Biləsuvar sakini döyülərək güllələnib

Hadisə Materials 24 Yanvar 2017 12:01 (UTC +04:00)
Biləsuvar sakini paytaxtda döyülərək güllələnib.
Biləsuvar sakini döyülərək güllələnib

Bakı. Trend:

Biləsuvar sakini paytaxtda döyülərək güllələnib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 23-də Sabunçu rayonunun Sabunçu qəsəbəsində Seymur adlı şəxs xuliqanlıq zəminində Biləsuvar rayon sakini Eldəniz Eyvazovu döyüb və pnevmatik tapançadan açdığı atəşlə onun baş nahiyəsinə xəsarət yetirib. E.Eyvazova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra o, buraxılıb.

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakini Seymur Sahalıyev tutulub, hadisəni törədərkən istifadə etdiyi "MP 654 K" markalı pnevmatik tapança götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti