...

Rusiyadan gələn şəxsin yükündə fişənglər aşkar edilib (FOTO)

Hadisə Materials 24 Yanvar 2017 15:18 (UTC +04:00)
Rusiyadan gələn Azərbaycan vətəndaşının əl yükündə fişənglər aşkar edilib.
Rusiyadan gələn şəxsin yükündə fişənglər aşkar edilib  (FOTO)

Bakı. Trend:

Rusiyadan gələn Azərbaycan vətəndaşının əl yükündə fişənglər aşkar edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal nəzarəti zonasına Rusiya istiqamətindən daxil olan Azərbaycan vətəndaşının əl yüklərinə “Heimann X-ray” markalı texniki nəzarət vasitəsi ilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı əl yükü olan bir ədəd qutudan gömrük nəzarətinə bəyan edilməyən, üzərində “Approved solas 74/96” sözləri yazılan 24 ədəd işarəverici fişənglər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti