...

Sumqayıtda yol qəzası nəticəsində 1 nəfər xəsarət alıb

Hadisə Materials 24 Yanvar 2017 23:08 (UTC +04:00)
Sumqayıtda yol qəzası qeydə alınıb.
Sumqayıtda yol qəzası nəticəsində 1 nəfər xəsarət alıb

Bakı. Trend:

Sumqayıtda yol qəzası qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Sumqayıt Reqional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarmış və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 21:28-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti