...

Tovuzda yol qəzası - xəsarət alan var

Hadisə Materials 26 Yanvar 2017 10:34 (UTC +04:00)
Tovuz rayonunda yol qəzası baş verib.
Tovuzda yol qəzası - xəsarət alan var

Bakı. Samir Əli - Trend:

Tovuz rayonunda yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə yanvarın 25-də axşam saatlarında rayonun Xatınlı kəndi ərazisində baş verib. Rayon sakini Əhməd Əhmədovun idarə etdiyi VAZ "21O1" m­arkali minik avtomobi­li "VAZ 2106" markalı avtomo­billə toqquşub. Ha­disə nəticəsində Ə.Əhmədov ağır bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti