...

Buzlu yol qəzaya səbəb oldu - 1 ölü, 1 yaralı (FOTO/VİDEO)

Hadisə Materials 28 Yanvar 2017 13:42 (UTC +04:00)
Hadisənin yolun sürüşkən olması səbəbindən baş verdiyi ehtimal edilir.
Buzlu yol qəzaya səbəb oldu - 1 ölü, 1 yaralı (FOTO/VİDEO)

Bakı. Trend:

Səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 28-ci km-də, Şəkinin Suçma kəndi ərazisində yol qəzası baş verib.

Trend "ARB Şəki"yə istinadən xəbər verir ki, qəza zamanı Mingəçevir sakini Səmədov Elbrusun idarə etdiyi 10-SX-298 dövlət nömrə nişanlı VAZ-2104 markalı avtomobillə, Balakən sakini İbrahimov Vaqifin idarə etdiyi 08-BF-440 dövlət nömrə nişanlı NAZ Lifan toqquşub.

Nəticədə VAZ-ın sürücüsü ağır bədən xəsarətləri alıb.

Xəsarət alan şəxs təcili olaraq digər avtomobilin sürücüsü və yoldan keçənlərin köməkliyi ilə Şəkinin Böyük Dəhnə kənd tibb məntəqəsinə çatdırılıb. Lakin o, yolda dünyasını dəyişib.

Hadisənin yolun buzlu olması səbəbindən baş verdiyi ehtimal edilir.

Faktla bağlı Yol-Nəqliyyat Hadisələrinə Dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsində araşdırmalar aparılır.

Qeyd edək ki, NAZ markalı avtomobilin sürücüsü Qarabağ əlilidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti