...

Şamaxı sakini intihara cəhd edib

Hadisə Materials 31 Yanvar 2017 12:34 (UTC +04:00)
Şamaxı rayonunda intihara cəhd hadisəsi baş verib.
Şamaxı sakini intihara cəhd edib

Bakı. Samir Əli - Trend:

Şamaxı rayonunda intihara cəhd hadisəsi baş verib.

Şamaxı rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Dağ Göylər kəndində baş verib.

Rayon sakini, 1995-ci il təvəllüdlü İbrahimov Coşqun Davud oğlu özünü yaşadığı evin həyətindəki tövlədə asıb. Ailə üzvləri hadisədən tez xəbər tutduğundan, onun həyatını xilas etmək mümkün olub. C.İbrahimov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Şamaxı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özümü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti