...

Tərtərdə istirahət mərkəzində raket qalıqları tapılıb (FOTO)

Hadisə Materials 31 Yanvar 2017 14:11 (UTC +04:00)
Tərtər şəhərində hərbi sursat aşkar olunub.
Tərtərdə istirahət mərkəzində raket qalıqları tapılıb (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Tərtər şəhərində hərbi sursat aşkar olunub.

ANAMA-dan Trend-ə verilən məlumata görə, Tərtər şəhərinin istirahət mərkəzi ərazisində 1 ədəd partlamış "Qrad" raketinin (9M22U) qalıqları aşkar edilərək götürülüb, 3 000 kv.m. ərazi yoxlanılıb (DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatı).

Ümumilikdə, Agentlik tərəfindən 1-31 yanvar tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan və Lənkəran rayonları, Lənkəran, Gəncə və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə baxış keçirilib, 1 514 ədəd partlamamış hərbi sursat, 33 ədəd tank əleyhinə mina, və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 20 450 kv.m ərazi yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti