...

Bakıda yol qəzası nəticəsində 1 nəfər həlak olub

Hadisə Materials 1 Fevral 2017 03:36 (UTC +04:00)
Bakıda yol qəzası nəticəsində 1 nəfər həlak olub.
Bakıda yol qəzası nəticəsində 1 nəfər həlak olub

Bakı. Trend:

Bakıda yol qəzası nəticəsində 1 nəfər həlak olub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda avtomobil yolunda “Lada” markalı minik avtomobili “Volvo” markalı yük avtomobiliylə toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “Lada” markalı minik avtomobilində sıxılmış vzəiyyətdə qalmış 1972-ci il təvəllüdlü Abbasov Faiq İsaq oğlunun cəsədinin çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 00:56-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti