...

“Nissan” yol kənarındakı betona çırpıldı - 1 yaralı

Hadisə Materials 1 Fevral 2017 09:54 (UTC +04:00)
Səbail rayonunda yol qəzası baş verib, bir nəfər yaralanıb.
“Nissan” yol kənarındakı betona çırpıldı - 1 yaralı

Bakı. Trend:

Səbail rayonunda yol qəzası baş verib, bir nəfər yaralanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda “Nissan” markalı minik avtomobilin yol kənarında olan beton səkiyə çırpılması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış vətəndaşı deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 07:35-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti