...

Avtomobil təkərində gizlədilən 10 min siqaret müsadirə olundu

Hadisə Materials 2 Fevral 2017 12:38 (UTC +04:00)
Gömrükçülər 10 min ədəd siqaret müsadirə ediblər.
Avtomobil təkərində gizlədilən 10 min siqaret müsadirə olundu

Bakı. Trend:

Gömrükçülər 10 min ədəd siqaret müsadirə ediblər.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Samur" gömrük postunun idxal nəzarəti zonasında Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin təkərlərinin içərisində gömrük nəzarətindən gizlədilən 10 min ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti