...

Masallıda evə silahlı basqın edənlər zərərsizləşdirilib

Hadisə Materials 4 Fevral 2017 13:27 (UTC +04:00)
Masallı rayonunda evə silahlı basqın edilib.
Masallıda evə silahlı basqın edənlər zərərsizləşdirilib

Bakı. Trend:

Masallı rayonunda evə silahlı basqın edilib.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Baş Dövlət Yol Polisi İdarəsi, Masallı RPŞ və Suraxanı RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 1-də Masallı rayonunun Mahmudavar kəndində yaşayan Nazim Məmmədovun evinə girib onu və arvadı Pərvanəni bıçaqla hədələyərək oradan 90 manat pul və noutbuk aparmaqda şübhəli bilinən həmyerliləri Əli Quliyev, əvvəllər məhkum olunmuşlar - Vüsal Şükürov və Ramil Əsədov paytaxtın Suraxanı rayonu ərazisində tutulublar, daha 1 nəfər isə müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti