...

Şəkidə buzlu yol can aldı

Hadisə Materials 4 Fevral 2017 22:11 (UTC +04:00)
Şəkidə ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib
Şəkidə buzlu yol can aldı

Bakı. Trend:

Şəkidə ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Trend "ARB Şəki"-ə istinadən xəbər verir ki, hadisə Şəki -Oğuz yolunun Şəkinin Küngüt kəndi ərazisindən keçən hissəsində qeyd alınıb.

Beləki Oğuz rayon sakini Qarayev Şövkət Bəhərçin oğlunun idarə etdiyi Mersedes markalı avtomobillə, elə həmin rayon sakini Rüstəmov Bəhlulun idarə etdiyi qazel markalı yük avtomobili toqquşub.

Hadisə nəticəsində mersedesin sürücüsü Şövkət Qarayev həlak olub. Yük avtomobilinin sürücüsü isə xəsarət alıb və dərhal Şəki MRX-na çatdırılıb.

Qəzanın baş verməsinə ilkin ehtimal yolun buzlu olması göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti