...

Tovuz rayonunda intihar hadisəsi baş verib

Hadisə Materials 5 Fevral 2017 20:22 (UTC +04:00)
Tovuz rayonunda intihar hadisəsi baş verib
Tovuz rayonunda intihar hadisəsi baş verib

Bakı. Samir Əli - Trend:

Tovuz rayonunda intihar hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə fevralın 5-də axşam saatlarında rayonun Düz Qırıqlı kəndində baş verib.

Kənd sakini, 2000-ci il təvəllüdlü Qəmbərova Aliyə Habil qızı ozünü yaşadığı evdə asaraq intihar edib. İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti