...

Yasamalda liseydə yanğın - müəllim-şagird heyəti təxliyə olunub

Hadisə Materials 6 Fevral 2017 12:38 (UTC +04:00)
Yasamal rayonunda liseydə yanğın baş verib.
Yasamalda liseydə yanğın - müəllim-şagird heyəti təxliyə olunub

Bakı. Trend:

Yasamal rayonunda liseydə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda Təhsil Nazirliyinə məxsus beşmərtəbəli liseyin 4-cü mərtəbəsində ümumi sahəsi 90 kv.m olan akt zalında kondisioner və 8 ədəd bir birinə bitişik oturacaqlar yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən liseyin müəllim və şagird heyəti təxliyə olunub. Lisey binası yanğından mühafizə edilib, yanğın saat 10:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti