...

Tovuzda 26 yaşlı gənc özünü qaz borusundan asdı (YENİLƏNİB)

Hadisə Materials 7 Fevral 2017 11:24 (UTC +04:00)
Tovuz rayonunda intihar hadisəsi baş verib.
Tovuzda 26 yaşlı gənc özünü qaz borusundan asdı (YENİLƏNİB)

İlk xəbər saat 09:39-da yayımlanıb

Bakı. Samir Əli - Trend:

Tovuz rayonunda intihar hadisəsi baş verib.

Rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə fevralın 6-sı axşam saat 22 radələrində Qəribli kəndində baş verib. Kənd sakini 1991-ci il təvəllüdlü Tahirov İsa İkram oğlu özünü yaşadığı evin həyətində, 2 metr hündürlükdə qaz borusundan asaraq intihar edib.

İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, fevralın 5-də də Tovuz rayonunda intihar hadisəsi olmuşdu. Rayonun Düz Qırıqlı kənd sakini, 2000-ci il təvəllüdlü Qəmbərova Aliyə Habil qızı ozünü yaşadığı evdə asmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti