...

Paytaxtda mənzil yanıb - 1ölü

Hadisə Materials 7 Fevral 2017 15:20 (UTC +04:00)
Yasamal rayonunda mənzildə baş verən yanğın zamanı 77 yaşlı ev sahibi ölüb.
Paytaxtda mənzil yanıb - 1ölü

Bakı. Trend:

Yasamal rayonunda mənzildə baş verən yanğın zamanı 77 yaşlı ev sahibi ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 6 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1940-cı il təvəllüdlü Quliyeva Tofiqə Lələkişi qızının cəsədi yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti