...

DİN əməliyyat keçirib - narkotik alverçiləri yaxalanıb

Hadisə Materials 8 Fevral 2017 11:58 (UTC +04:00)
Bakıda narkotik alverçiləri yaxalanıb.
DİN əməliyyat keçirib - narkotik alverçiləri yaxalanıb

Bakı. Trend:

Bakıda narkotik alverçiləri yaxalanıb. Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisində Hacıqabul rayon sakinləri Ayət Orucovdan və Pünhan Dostəliyevdən 6,415 qram, P.Dostəliyevin idarə etdiyi "Mercedes" markalı avtomobilə baxış zamanı isə 450 qram marixuana aşkar edilərək götürülüb.

Bakı şəhər sakini Yaşar Mövsümovdan isə 3 kiloqram 345 qram marixuana götürülüb.

Fevralın 7-də Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-da Bakı şəhər sakini Yaşar Mövsümovdan 3 kiloqram 345 qram marixuana aşkar edilərək götürülüb.

Həmin gün Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Taryel Ozbetaşvilidən 530 qram heroin götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti