...

Bakıda 45 yaşlı qadın kirayədə yaşadığı evdə qətlə yetirildi

Hadisə Materials 9 Fevral 2017 12:26 (UTC +04:00)
Bakıda qadın qətlə yetirilib.
Bakıda 45 yaşlı qadın kirayədə yaşadığı evdə qətlə yetirildi

Bakı. Trend:

Bakıda qadın qətlə yetirilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, fevralın 8-də Göyçay rayon sakini 45 yaşlı Zülfiyyə Rəhimovanın üzərində zorakılıq əlamətləri olan meyiti Suraxanı rayonu Hövsan qəsəbəsində kirayədə yaşadığı evdə tapılıb.

Suraxanı rayon Polis İdarəsi 30-cu Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Sabirabad rayon sakini 25 yaşlı Paşa Cəbrayılov tərəfindən törədilməsi müəyyən edilib.

Sabirabad rayon Polis şöbəsi əməkdaşları tərəfindən görülən profilaktiki tədbir nəticəsində P.Cəbrayılov könüllü RPŞ-yə gələrək hadisəni törətdiyini etiraf edib.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti