...

Aksiz markasız 4400 ədəd siqaret aşkar edilib

Hadisə Materials 10 Fevral 2017 10:19 (UTC +04:00)
Aksiz markası ilə markalanmayan 4400 ədəd siqaret aşkar edilib.
Aksiz markasız 4400 ədəd siqaret aşkar edilib

Bakı. Trend:

Aksiz markası ilə markalanmayan 4400 ədəd siqaret aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarina qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Sınıq Körpü" Gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz 240" markalı nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin salonundan gömrük nəzarətinə bəyan edilməyən, aksiz markası ilə markalanmayan 4400 ədəd siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti