...

Avtoservisdə yanğın olub

Hadisə Materials 11 Fevral 2017 13:13 (UTC +04:00)
Bakıda avtoservisin təmir qarajında yanğın baş verib.
Avtoservisdə yanğın olub

Bakı. Trend:

Bakıda avtoservisin təmir qarajında yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1000 m2 olan “RENAULT” avtoservisin təmir qarajında mətbəx 10 m2 sahədə və rəngsaz-qurutma otağının yanar konstruksiyaları 40 m2 sahədə yanıb.

Yüksək temperaturdan yemək otağı və sanitar qovşağının lambirdən ibarət tavanı 60 m2 sahədə əriyib.

Servisin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti