...

Gəncədə yanğın: 1 nəfər ölüb

Hadisə Materials 12 Fevral 2017 08:51 (UTC +04:00)
Gəncədə yanğın qeydə alınıb
Gəncədə yanğın: 1 nəfər ölüb

Bakı. Trend:

Gəncədə yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 21 m2 olan ərzaq mağazasının yanar konstuksiyaları və ona bitişik ümumi sahəsi 22 m2 olan meyvə-tərəvəz mağazasının dam örtüyünün yanar konstruksiyaları 5 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1957-ci il təvəllüdlü Əliyev Şahin Allahverdi oğlunun yanmış cəsədi aşkar olunub.

Meyvə-tərəvəz mağazasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 06:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti