...

Lənkəranda mina tapılıb (FOTO)

Hadisə Materials 12 Fevral 2017 22:18 (UTC +04:00)
Lənkəran şəhərində hərbi sursat aşkar olunub
Lənkəranda mina tapılıb (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Lənkəran şəhərində hərbi sursat aşkar olunub.

Dəniz kənarında 1 ədəd tank əleyhinə təlim minası (TM-62 P3) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 2 000 kv.m ərazi yoxlanılıb (Dövlət Sərhəd Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin və Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatları).

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar - 12 fevral 2017-ci il tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 14 ev və həyatyanı sahəyə, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 1 521 ədəd partlamamış hərbi sursat, 34 ədəd tank əleyhinə mina və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 91 060 kv.m ərazi (56 860 kv.m ərazi əl ilə və 34 200 kv.m ərazi mexaniki üsulla) yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti