...

Abşeronda yol qəzası, avtomobil duz gölünə düşdü

Hadisə Materials 14 Fevral 2017 09:50 (UTC +04:00)
Abşeron rayonunda yol qəzası baş verib.
Abşeronda yol qəzası, avtomobil duz gölünə düşdü

Bakı. Samir Əli - Trend:

Abşeron rayonunda yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsində baş verib.

Xırdalandan Novxanı istiqamətinə hərəkət edən "KİA-Sorrento" markalı avtomobil Masazır qəsəbəsi ərazisində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq Masazırdakı duz gölünə düşüb.

Qəzanın baş verməsinə səbəb həmin ərazidə yolun buz bağlaması olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti