...

Kürdəmirdə 6 otaqlı ev yanıb

Hadisə Materials 15 Fevral 2017 10:01 (UTC +04:00)
Kürdəmir rayonunda 6 otaqlı evdə yanğın olub.
Kürdəmirdə 6 otaqlı ev yanıb

Bakı. Trend:

Kürdəmir rayonunda 6 otaqlı evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Kürdəmir rayonu, Xırdapay kəndində vətəndaşa məxsus ümumi sahəsi 230 m2 olan kürsülü birmərtəbəli 6 otaqlı evin 2 otağının və dəhlizinin yanar konstruksiyaları 55 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti