...

Tanışını baltalayan şəxsin məhkəməsində zərərçəkmişdən etiraflar

Hadisə Materials 16 Fevral 2017 13:17 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Hümbət Zeynalovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Tanışını baltalayan şəxsin məhkəməsində zərərçəkmişdən etiraflar

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Hümbət Zeynalovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən zərərçəkmiş Abid Sultanov bildirib ki, H.Zeynalovla aralarında alnaşılmazlıq olub: "Həmin zaman Hümbət baltanı yeznəm Raminə atmaq istəyirdi. Balta isə yerə dəyəndən sonra məni yaraladı. Artıq onunla barışmışıq. Özümü gühankar hiss edirəm ki, gərək Hümbətlə mübahisə etməzdim".

H.Zeynalov bildirib ki, hadisə zamanı heç kəsi vurmaq istəməyib: "Baltanı atanda yerə dəydi və istiqamət dəyişib, Abidi yaraladı. Niyyətim onu balta ilə vurmaq olmayıb".

Məhkəmənin növbəti iclası fevralın 22-nə təyin edilib.

İttihama görə, ötən il Şamaxı rayonunda H.Zeynalov mübahisə zəminində tanışı A.Sultanovu balta ilə vurub. Xəstəxanaya aparılan yaralının həyatını xilas etmək mümkün olub. Sonra H.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb. H.Zeynalov Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə) maddəsi ilə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti