...

Aşağı Güzdəkdə evləri su basıb

Hadisə Materials 17 Fevral 2017 10:26 (UTC +04:00)
Aşağı Güzdək qəsəbəsində fərdi yaşayış evlərini su basıb.
Aşağı Güzdəkdə evləri su basıb

Bakı. Trend:

Aşağı Güzdək qəsəbəsində fərdi yaşayış evlərini su basıb.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Daşağıl gölündə suyun səviyyəsinin qalxması nəticəsində yaxınlıqda olan fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 6 nəfərin təhlükəsiz əraziyə təxliyə olunmasını təmin ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti