...

Astarada 12 otaqlı ev yanıb

Hadisə Materials 18 Fevral 2017 10:30 (UTC +04:00)
Səhər saatlarında Astarada yanğın faktı qeydə alınıb.
Astarada 12 otaqlı ev yanıb

Bakı. Trend:

Səhər saatlarında Astarada yanğın faktı qeydə alınıb. Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Düz Suparıbağ kəndində vətəndaşa məxsus ümumi sahəsi 400 m² olan 12 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 07:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti