...

Sumqayıtda 3 otaqlı ev yanıb

Hadisə Materials 19 Fevral 2017 00:30 (UTC +04:00)
Sumqayıtda yanğın qeydə alınıb
Sumqayıtda 3 otaqlı ev yanıb

Bakı. Trend:

Sumqayıtda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları, mətbəx və içərisində olan əşyalar 15 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 18:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti