...

İğdırdakı ağır yol qəzasında ölən Azərbaycan vətəndaşlarının şəxsiyyətləri müəyyənləşib (YENİLƏNİB-6) (FOTO/VİDEO)

Hadisə Materials 21 Fevral 2017 00:39 (UTC +04:00)
Türkiyənin İğdır vilayətində baş vermiş ağır yol qəzası nəticəsində ölən Azərbaycan vətəndaşlarından daha ikisinin şəxsiyyəti məlum olub
İğdırdakı ağır yol qəzasında ölən Azərbaycan vətəndaşlarının şəxsiyyətləri müəyyənləşib (YENİLƏNİB-6) (FOTO/VİDEO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər fevralın 20-si saat 11:49-da yayılıb)

Bakı. Səba Ağayeva, Orxan Quluzadə - Trend:

Türkiyənin İğdır vilayətində baş vermiş ağır yol qəzası nəticəsində ölən Azərbaycan vətəndaşlarından daha ikisinin şəxsiyyəti müəyyən olunub.

Trend-in məlumatına görə, onlar Səmayə Cəfərova və Zivər Səfərovadır.

X X X

17:41

Türkiyənin İğdır vilayətində baş vermiş ağır yol qəzası nəticəsində ölən Azərbaycan vətəndaşlarından ikisinin şəxsiyyəti məlum olub.

Trend-in məlumatına görə, iki avtobusun toqquşması nəticəsində ölən 8 nəfərdən 4-ü Azərbaycan vətəndaşıdır. Onlardan ikisi Naxçıvan sakinləri Süleyman Əliyev və Fərhad Fərhadlıdır. Üzərində sənədi olmayan, lakin azərbaycanlı olduğu ehtimal edilən yaşlı bir qadınla 13 yaşındakı qız uşağının şəxsiyyəti isə hələ müəyyənləşməyib.

Qeyd edək ki, bundan əvvəl qəza nəticəsində 5 Azərbaycan vətəndaşının öldüyü bildirilirdi. Hadisə zamanı 28 nəfər xəsarət alıb ki, onlardan da 26-sı Azərbaycan vətəndaşıdır.

X X X

14:59

Türkiyənin İğdır vilayətində baş vermiş ağır yol qəzası nəticəsində ölən Azərbaycan vətəndaşlarının sayı 5 nəfərə çatıb.

Bu barədə Trend-ə İğdır Səhiyyə İdarəsindən məlumat verilib.

Hadisə nəticəsində 28 nəfər xəsarət alıb ki, onlardan 26-sı Azərbaycan vətəndaşıdır.

X X X

13:44

Türkiyənin İğdır vilayətində baş vermiş ağır yol qəzası nəticəsində 4 Azərbaycan vətəndaşı ölüb.

Bunu Trend-ə Türkiyə parlamentinin İğdır vilayətindən olan deputatı Nurəddin Aras deyib.

Onun sözlərinə görə, qəza nəticəsində ölən 8 nəfərdən 4-ü Azərbaycan vətəndaşıdır.

X X X

13:30

Türkiyənin İğdır vilayətində baş vermiş ağır yol qəzası nəticəsində 26 Azərbaycan vətəndaşı xəsarət alıb.

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş konsulluğu ölənlər arasında azərbaycanlıların olub-olmamasını araşdırır.

X X X

13:22

Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş konsulluğu İğdır vilayətində baş vermiş ağır yol qəzasında ölən və yaralananlar arasında azərbaycanlıların olub-olmaması araşdırılır.

Bu barədə Trend-ə Baş konsulluqdan məlumat verilib.

X X X

11:49

Türkiyənin İğdır vilayətində ağır yol qəzası baş verib.

Trend xəbər verir ki, İğdır-Aralık avtomobil yolunda iki avtobus toqquşub.

İlkin məlumata əsasən, hadisə nəticəsində 6 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Bundan əvvəl 15 nəfərin yaralandığı bildirilirdi.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti