...

Azərbaycanda kabellərə qənim kəsilən şəxslər tutulub

Hadisə Materials 20 Fevral 2017 12:38 (UTC +04:00)
Azərbaycanda kabelləri oğurlamaqda şübhəli bilinən şəxslər tutulub.
Azərbaycanda kabellərə qənim kəsilən şəxslər tutulub

Bakı. Trend:

Azərbaycanda kabelləri oğurlamaqda şübhəli bilinən şəxslər tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, fevralın 18-də Ağdaş rayon Polis şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 15-də "Azərtelecom" MMC-yə məxsus 100 metr kabeli kəsərək oğurlamaqda şübhəli bilinən Yuxarı Qəsil kənd sakini Natiq Hüseynov tutulub.

Bundan başqa, Şirvan ŞPŞ əməkdaşları tərəfindən fevralın 14-də şəhər ərazisindəki evlərdən birindən 800 metr elektrik kabeli oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini Raqif Nəzirov tutulub.

Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə bu il fevralın 18-nə keçən gecə rayon ərazisindəki evlərdən birinin zirzəmisindən 2 ədəd perferator, samovar, ütü və 200 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən şəhər sakini Şaməddin Əliyev tutulub.

Ondan 1,215 qram heroin də götürülüb.

Fevralın 19-da isə Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 17-də rayon ərazisindəki evlərdən birinin həyətindən 400 metr elektrik kabeli oğurlamaqda şübhəli bilinən Novxanı qəsəbə sakini Bəhlul Xəlilov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti