...

82 yaşlı Zaqatala sakini evdə baş verən yanğında ölüb

Hadisə Materials 20 Fevral 2017 18:21 (UTC +04:00)
Zaqatalada 2 otaqlı evdə yanğın baş verib.
82 yaşlı Zaqatala sakini evdə baş verən yanğında ölüb

Bakı. Trend:

Zaqatalada 2 otaqlı evdə yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, sahəsi 56 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağında ev əşyaları və taxtadan ibarət arakəsmə 5 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1934-cü il təvəllüdlü Musa Rəsul oğlu Musayevin cəsədi aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti