...

Abşeronda yaşayış binasında yanğın olub, 17 nəfər təxliyə edilib

Hadisə Materials 21 Fevral 2017 01:03 (UTC +04:00)
Abşeronda yanğın qeydə alınıb
Abşeronda yaşayış binasında yanğın olub, 17 nəfər təxliyə edilib

Bakı. Trend:

Abşeronda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında şaxtadan keçən elektrik kabeli 40 p.m yanıb.

Hadisə zamanı yanğınsöndürənlər tərəfindən 17 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə olunub.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 23:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti