...

Əntiq malların ölkədən qanunsuz yolla çıxarılmasının qarşısı alınıb (FOTO/VİDEO)

Hadisə Materials 21 Fevral 2017 12:53 (UTC +04:00)
Azərbaycan vətəndaşının ölkə ərazisindən qanunsuz yolla əntiq mallar çıxarmaq cəhdinin qarşısı alınıb.
Əntiq malların ölkədən qanunsuz yolla çıxarılmasının qarşısı alınıb  (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan vətəndaşının ölkə ərazisindən qanunsuz yolla əntiq mallar çıxarmaq cəhdinin qarşısı alınıb.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda mədəni-məişət və təsərrüfat malları, eləcə də əntiq əşyaların qanunsuz yolla ölkə ərazisindən çıxarılmasına cəhdin qarşısını alıblar.

İdarənin "Sınıq Körpü" gömrük postunda Azərbaycandan Gürcüstana gedən "DAF" markalı 99XT556/99ZC556 dövlət qeydiyyat nişanlı yük avtomobilində mal-müşayiət sənədlərində göstərilən çəki ilə faktiki çəki arasında fərq qeydə alınıb. Azərbaycan vətəndaşı Azad Mirzəbəy oğlu Mirseyfullayevin idarə etdiyi həmin avtomobilə baxış zamanı, yük yerindəki yağ qutularının altında əmtəə-nəqliyyat qaiməsində (CMR) və invoysda göstərilməyən müxtəlif ölçülü digər qutular aşkar edilib. Qutulara baxış nəticəsində külli miqdarda mədəni-məişət və təsərrüfat malları, həmçinin 25 ədəd əntiq xalça və 5 ədəd əntiq samovar aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti