...

Səhiyyə Nazirliyi: Dönərxanadakı partlayışda xəsarət alanların hamısı evə buraxılıb

Hadisə Materials 21 Fevral 2017 14:21 (UTC +04:00)
Bakının Sabunçu rayonun Zabrat qəsəbəsindəki dönərxanada baş verən partlayış nəticəsində xəsarət alan 5 nəfərin hamısı ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Səhiyyə Nazirliyi: Dönərxanadakı partlayışda xəsarət alanların hamısı evə buraxılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsindəki dönərxanada baş verən partlayış nəticəsində xəsarət alan 5 nəfərin hamısı ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, xəsarət alanlardan üçü kişi, ikisi qadındır.

Onların heç birinin həyatı üçün təhlükə olmayıb.

Xəsarət alanlar Bakı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti