...

Sabunçuda 4 otaqlı ev yanıb

Hadisə Materials 22 Fevral 2017 09:23 (UTC +04:00)
Sabunçu rayonunda vətəndaşa məxsus 4 otaqlı evdə yanğın baş verib.
Sabunçuda 4 otaqlı ev yanıb

Bakı. Trend:

Sabunçu rayonunda vətəndaşa məxsus 4 otaqlı evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti