...

Birgə qətl törətdilər - 16 il azadlıqlarından oldular

Hadisə Materials 22 Fevral 2017 11:43 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Elşad Həsənov və Rüstəm Rzayevin məhkəmə prosesi başa çatıb.
Birgə qətl törətdilər - 16 il azadlıqlarından oldular

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Elşad Həsənov və Rüstəm Rzayevin məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 16 il azadlıqdan məhrum edilib.

İttihama görə, 2016-cı il yanvarın 10-da Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayan, 1965-ci il təvəllüdlü Sevil Rzayevanın üzərində zorakılıq əlaməti olan meyiti yaşadığı evdə aşkar edilib. Polis və prokurorluq əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən mərhumun keçmiş əri R.Rzayev və tanışı E.Həsənov tutularaq istintaqa cəlb ediliblər.

Məlum olub ki, R.Rzayevin keçmiş arvadı S.Rzayevanı öldürtmək məqsədi ilə tanışı E.Həsənovla 2000 manat pul verəcəyini deyib. E.Həsənov yanvarın 10-da S.Rzayevanı yaşadığı evdə küt alətlə öldürüb.

Həyat yoldaşı S.Rzayeva ilə münasibətlərində problem yaranan R.Rzayev ondan ayrılmağa qərar verib. Yanvarın 18-də məhkəmə onların boşanması ilə bağlı məsələyə baxacaqmış. Ərinin ondan boşanmasında israrlı olduğunu görən S.Rzayeva həyat yoldaşına məxsus evdən və obyektdən pay tələb edib. R.Rzayev isə S.Rzayevaya mülklündən pay verməmək üçün onu öldürtmək qərarına gəlib. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə ittiham ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti