...

Prokuror qumar üstə qətl törədən şəxsə 18 il cəza istəyib

Hadisə Materials 23 Fevral 2017 12:18 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda qətl törətməkdə təqsirləndirilən Şəhriyar Abbasquliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Prokuror qumar üstə qətl törədən şəxsə 18 il cəza istəyib

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda qətl törətməkdə təqsirləndirilən Şəhriyar Abbasquliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 18 il azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə prosesi martın 2-də davam etdiriləcək.

İttihama görə, ötən il martın 9-da Maştağa qəsəbəsində Ş.Abbasquliyev 1986-cı il təvəllüdlü İlham Tahir oğlu Ağayevi bıçaqla qətlə yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qətl hadisəsi qumar üstə baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti