...

Binəqədidə intiharın qarşısı alınıb

Hadisə Materials 24 Fevral 2017 23:10 (UTC +04:00)
Bakı şəhəri, Binəqədi rayonunda intihara cəhd hadisəsi baş verib
Binəqədidə intiharın qarşısı alınıb

Bakı. Trend:

Bakı şəhəri, Binəqədi rayonunda intihara cəhd hadisəsi baş verib.

Trend-ə Fövqəladə Hallar Nazirliyinidən verilən məlumata əsasən, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin intihar etmək məqsədi ilə doqquzmərtəbəli binanın damına çıxması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısını alıb və vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 18:45-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti