...

Bakı-Quba yolunda qəza: 1 ölü

Hadisə Materials 27 Fevral 2017 03:30 (UTC +04:00)
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib
Bakı-Quba yolunda qəza: 1 ölü

Bakı. Trend:

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, FHN-nın Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba yolunun 45-ci km-də “BMW” markalı minik avtomobilinin qəzaya uğraması barədə məlumat daxil olub.

Nazirliyin Sumqayıt Reqional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və hadisə zamanı vəfat etmiş sürücü 1976-ci il təvəllüdlü Rzayev Emil Hafiz oğlunun cəsədini aidiyyatı üzrə təhvil verilib.

Əməliyyat saat 01:36-da başa çatıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti