...

Beynəlxalq axtarışda olan şəxs Azərbaycanda yaxalandı

Hadisə Materials 28 Fevral 2017 12:48 (UTC +04:00)
Rusiyada axtarışda olan azərbaycanlı Ağdamda yaxalanıb.
Beynəlxalq axtarışda olan şəxs Azərbaycanda yaxalandı

Bakı. Trend:

Rusiyada axtarışda olan azərbaycanlı Ağdamda yaxalanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci maddəsi (zorlama) ilə beynəlxalq axtarışda olan Yaşar Aslanov tutulub.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Rusiya vətəndaşı Səxavət Quliyev tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti