...

Qonşusunu söyüş üstə baltalayan şəxsə 16 il cəza verildi

Hadisə Materials 2 Mart 2017 12:15 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu öldürməyə cəhd etməkdə təqsirləndirilən Pənah Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Qonşusunu söyüş üstə baltalayan şəxsə 16 il cəza verildi

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu öldürməyə cəhd etməkdə təqsirləndirilən Pənah Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə P.Əliyevə 16 il cəza verilib.

İttihama görə, ötən il Bakı şəhərində şəhər sakini P.Əliyev qonşusu Xalid Lətifzadəni əvvəl daşla, sonra balta ilə vurub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Araşdırma zamanı məlum olub ki, həmin şəxslər arasında dava söyüş üstə olub. Belə ki, sərxoş olan X.Lətifzadə P.Əliyevi təhqir edib. Nəticədə P.Əliyev cinayət törədib.

O, Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (qəsdən adam öldürməyə cəhd, xüsusi amansızlıqla) maddəsi ilə ittiham olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti