...

AXCP üzvü Asif Yusiflinin cəzası azaldılıb

Hadisə Materials 2 Mart 2017 12:42 (UTC +04:00)
Bu gün Ali Məhkəmədə AXCP Rəyasət Heyətinin üzvü Asif Yusiflinin barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayəti üzrə proses keçirilib.
AXCP üzvü Asif Yusiflinin cəzası azaldılıb

Bakı. Samir Əli - Trend:

Bu gün Ali Məhkəmədə AXCP Rəyasət Heyətinin üzvü Asif Yusiflinin barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayəti üzrə proses keçirilib.

Trend-in məlumatına görə, prosesdə şikayət araşdırılıb və qismən təmin edilib. Məhkəmə birinci instansiya məhkəməsinin çıxardığı qərarı dəyişərək A.Yusifli barəsindəki həbs cəzasını 6 ildən 5 ilə endirib.

A.Yusifli 2014-cü ilin noyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Yusifli 6 il müddətinə azadlıqdan məhrum edilib.

A.Yusiflinin barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 6 may 2016-cı il tarixli Qanunun tətbiq edilməsi ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsi Nizami Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə təqdimatı təmin etməyib. Həmin qərardan narazı qalan A.Yusifli apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar açıqlanıb. Qərara əsasən apellyasiya şikayəti təmin edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti