...

Bakıda 2 otaqlı ev yanıb

Hadisə Materials 8 Mart 2017 08:42 (UTC +04:00)
Bakıda yanğın qeydə alınıb
Bakıda 2 otaqlı ev yanıb

Bakı. Trend:

Bakıda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan birmərtəbəli 2 otaqlı evin dam örtüyü 12 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 07:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti